Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Gürcüstan: “Dörd fotoqrafın həbsi casusluqla bağlıdır”
08.07.11 22:26

Gürcüstanda 4 fotoreportyorun saxlanması onların peşəkar fəaliyyəti ilə bağlı deyil. “KƏLAMİNFO”nun “Presa.ge” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan prezidentinin mətbuat xidmətinin katibi Manana Mancqaladze bildirib. “Şübhəli şəxslər fotoqraf işləyirlər, onların təqsiri fotoqraf kimi göstərdikləri fəaliyyətlə bağlı deyil. Saxlanılanlar məxfi informasiya, xüsusilə də yazılı sənədləşmə, yaxud məxfi tədbirlərin cədvəlini casus şəbəkə ilə eyniləşdirilən təşkilata göndərməkdə ittiham olunurlar”,- deyə o bildrib. Qeyd edək ki, dünən Gürcüstan hakimiyyətindən bəyan ediblər ki, fotomüxbirlərə qarşı cinayət işi məxfiləşdirilib. Mixail Saakaşvilinin mətbuat katibi “ayrı-ayrı şəxslərin fotoqrafların saxlanmasını söz azadlığı ilə əlaqələndirməsini iyrənc və yersiz” adlandırıb. Saxlanılanların vəkilləri bəyan ediblər ki, müdafiə etdiyi şəxslər onlara qarşı irəli sürülən ittihamları təkzib edirlər.
URL / WWW
http://kelam.az/article/a-4038.html