Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ekspert: “İranın müsəlman dünyasındakı rolu getdikcə sarsılmaqdadır”
07.07.11 20:11

“Bu yaxınlarda adını dəyişən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan üçün çox önəmlidir və həmişə onun dəstəyinə ehtiyac duyulur”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu deyib. Ekpsertin sözlərinə görə, bəzən belə ehtimal irəli sürülür ki, İranla münasibətlər Azərbaycanın İƏT-lə əlaqələrinə də təsir edə bilər, amma orada Türkiyə, Pakistan kimi Azərbaycana dəstək verən və onu müdafiə edən dövlətlər də var. “Əslində, İranın müsəlman dünyasındakı rolu getdikcə sarsılmaqdadır. Onun “ərəb baharı” ilə bağlı ümidləri tamam fiaskoya uğradı. İran güman edirdi ki, ərəb dünyasında proseslər elə onun ssenarisi ilə inkişaf edəcək. Amma bunun tam əksi oldu, ərəblər göstərdilər ki, demokratiya və azadlığın “milli mənsubiyyəti” olmur, demokratiya elə hər yerdə demokratiyadır, azadlıq da hər yerdə elə azadlıqdır”,-deyə, E.Şahinoğlu vurğulayıb. Ekspert deyib ki, üstəlik ərəb dünyasında baş verən proseslərdə bircə dənə belə olsun dini şüar, çağırış səslənmədi və bu da İran üçün böyük zərbədir. “Bütün bu səbəblərdən İranın siyasi rejimi çabalayır, çünki təminat yoxdur ki, ərəb dünyasında baş verən proseslər bir gün onun öz daxilinə sirayət etməyəcək. Məhz spiker Əli Laricanin də Bakı səfərinin İranın regionda yeni ümidlər axtarışından xəbər verirdi”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4037.html