Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Aydın İsmiyev: “Bakıdakı hotellər “Eurovision – 2012” qonaqlarını qəbul etməyə hazırdır”
08.07.11 02:11

Bakıdakı hotellər “Eurovision – 2012” mahnı yarışmasında iştirak etmək üçün Azərbaycanın paytaxtına gələcək qonaqları qəbul etməyə hazırdır. “KƏLAMİNFO” Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə istinadən xəbər verir ki, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, paytaxtdakı hotellər qonaqlara lazımi səviyyədə xidmət göstərə biləcəklər. Nazirlik nümayəndəsi bildirib ki, bütün yerli turizm şirkətlərinin saytlarında onların təklif etdiyi xidmətlər göstərilib. Xarici vətəndaşlar saytlara daxil olaraq bu xidmətlərlə tanış ola və onlardan istifadə edə bilərlər: “Mənə elə gəlir ki, qonaqlar üçün hotellərin özlərində də hansısa xidmətlər təşkil ediləcək. Təbii ki, mehmanxanalar da öz növbələrində ekskursiya xidmətləri göstərməlidir. Mehmanxanalar ekskursiya xidmətini ya özləri təşkil edə, ya da bunun üçün əməkdaşlıq etdiyi turizm şirkətinə müraciət edə bilərlər”.
URL / WWW
http://kelam.az/article/a-4036.html