Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Türkmənistan kitabları Milli Kitabxanaya təqdim olundu
07.07.11 20:11

“Azərbaycanın Milli Kitabxanası Türkmənistanın ölkəmizdəki səfirliyi ilə səmərəli əməkdaşlıq edir. Bizi məmnun edən bu əməkdaşlığa səbəb iki ölkə prezidentlərinin və xalqlarının tarixi dostluq əlaqəsi, eyni zamanda iki ölkə prezidentlərinin hər sahədə olduğu kimi, mədəni sahələrdə imzaladığı əməkdaşlıq sənədləridir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri bu gün M.F.Axundov adına Milli Kitabxanada Türkmənistnın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən kitabxanaya hədiyyə edilən Türkmənistanın mədəniyyət, incəsənət və tarixinə aid kitabların sərgisi və təqdimat mərasimində kitabxananın direktoru Kərim Tahirov bildirib. “İki ölkə arasında belə tədbirlərin keçirilməsi hər iki xalqın mədəniyyətini, adət və ənənəsini, müasir dövrdə inkişafını belə gözəl kitabların nəşri daha tez-tez nəzərə çarpdırır və indiki zamanda Milli Kitabxanaya təqdim edilən bu kitablar Azərbaycan oxucuları üçün Türkmənistanı tanımaqda ən yaxşı vasitəçi olacaq”. K.Tahirov üzünü digər səfirlərə tutaraq bu cür əməkdaşlığın onlarla da edilməsinin zəruriliyindən danışıb. “Azərbaycan Milli Kitabxanasının iki qardaş ölkələri arasında mədəni əməkdaşlığın inkişafı yolunda gördüyü işləri yüksək qiymətləndirirəm. Azərbaycan xalqının Türkmənistan haqqındakı biliklərinin artırılması və Türkmənistanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə tanış olmaq məqsədilə 50-yə yaxın gözəl tərtibatlı kitabın şəxsən özüm sizin Milli Kitabxanaya təqdim etdiyim üçün qürur hissi duyuram”,-deyə Türkmənistanın ölkəmizdəki səfiri Toylı Komekov bildirib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bunun ölkələrimiz, xalqlarımızın bir-birini daha da dərindən tanımaları üçün vacib və təqdirəlayiq bir aksiya olduğunu diqqətə çatdırıb. Qeyd edək ki, tədbirdə Rusiya, Tacikistan, Qana, Qazaxıstanın Azərbaycandakı səfirləri də iştirak edib. Xatırladaq ki, təqdimat mərasimi Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə baş tutub.
URL / WWW
http://kelam.az/article/a-4035.html