Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ədliyyə Nazirliyi elektron xidmət köşkləri yaradıb
08.07.11 02:11

Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasın əsas müzakirə mövzusu ölkə prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn tapşırıqların icrası ilə bağlı olub. Kollegiyada müasir elektron sistemlərin tətbiqinin genişləndirilməsi, internet saytda elektron xidmətlərlə bağlı xüsusi bölmənin yaradılması, xarici ölkələrin təcrübəsinin öyrənilməsinə dair həyata keçirilmiş işlər müzakirə edilib və əlavə tapşırıqlar verilib. Bununla bağlı ədliyyə orqanları tərəfindən əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkil edilməsi məqsədilə universal elektron xidmət köşkləri hazırlanaraq 1 iyuldan etibarən sınaq rejimində bir sıra yerli qurumlarda istifadəyə verilib.Həmin köşklər vasitəsi ilə vətəndaşlar inzibati işçilərlə təmasda olmadan notariat, vətəndaşlıq vəziyyəti aktları və qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı ilə əlaqədar, o cümlədən qanunvericiliklə müəyyənləşdirilmiş qaydalar, tələb olunan sənədlər, həmin sənədləri verən orqanlar, iştirak edən şəxslər, ödənişlər və onlardan azadolmalar barədə məlumatları öyrənə, eyni zamanda zərurət olduqda bu məlumatları əks etdirən çıxarışları əldə edə bilərlər. Köşklərdə quraşdırılmış elektron ödəmə sistemi həmçinin banka bilavasitə müraciət etmədən bütün növ ödənişlərin istər kart, istərsə də nağd şəkildə həyata keçirilməsini və müvafiq qəbzin avtomatlaşdırılmış qaydada alınmasını mümkün edir. Yüksək sürətlə internet şəbəkəsinə qoşulması nəticəsində vətəndaşlar üçün köşklər vasitəsi ilə nazirliyin qaynar xəttinə və elektron poçtuna birbaşa müraciət etmək imkanı da yaradılıb. Nazirlikdə hesab edirlər ki, bu təcrübənin tətbiqi şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə yanaşı, vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edəcək.
URL / WWW
http://kelam.az/article/a-4034.html