Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Obama "Twitter"də 18 istifadəçinin suallarına cavab verib
08.07.11 02:11

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə "Twitter" üzərindən xalqın suallarını cavablandırıb. «KƏLAMİNFO»nun məlumatına görə, «Youtube», «Facebook», «Twitter» kimi populyar sosial şəbəkələrin xidmətlərindən istifadə edən Obama Ağ Evdə 140 dəvətlinin iştirak etdiyi toplantıda «Twitter»in qurucularından olan Cek Dorsi ilə birlikdə 18 istifadəçinin suallarına cavab verib. Bir saata yaxın davam edən toplantıda Obamaya əsasən iqtisadiyyat, işsizlik, borc, ev, tələbələrin borcları və NASA ilə bağlı suallar verilib. Ağ Evə çağırılan 140 nəfər isə «Twitter» mesajlarının 140 işarəyə izn verməsini simvolizə edib. Obama ilk «Twitter» mesajında ABŞ-da iqtidarın və Konqresin qarşısındakı ən vacib mövzu olan borcların azaldılması məsələsinə toxunub. ABŞ prezidenti «Borcların azaldılması üçün hansı xərclərə qənaət edərdiniz və hansı investisiyaları qoruyardınız» - deyə mesaj yazıb. Sonra isə gələn suallara əhatəli cavablar verib.
URL / WWW
http://kelam.az/article/a-4033.html