Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Məgər Vaşinqton ədalətli mövqe tutaraq, deyə bilməzmi ki, qurtarın bu işğalı?!”
07.07.11 20:08

“Moskva bu gün də maraqlıdır ki, Qarabağ münaqişəsi nə hərb, nə sülh vəziyyətində qalsın, Azərbaycan və Ermənistan Qərbə, xüsusilə də NATO-ya heç vaxt inteqrasiya etməsin”. Bunları “KƏLAMİNFO”a müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Onun sözlərinə görə, Kazanda da Rusiya bu amillə iştirak etdi. “Lakin bizi ABŞ-ın və Fransanın da mövqeləri təəccübləndirir. Əgər ABŞ və Fransa təcavüzkarı barmaqla göstərməsə, belə olanda Azərbaycanda Amerikanın demokratiyasına şübhə ilə yanaşırlar. Məgər Vaşinqton ədalətli mövqe tutaraq, deyə bilməzmi ki, qurtarın bu işğalı?!”,-deyə V.Quluzadə vurğulayıb. Ekspert deyib ki, nə qədər bu belə gedəcək, Qərb də, Rusiya da deyəcək ki, bu iki ölkə özü danışsın bir razılığa gəlsin, heç bir şey əldə olunmayacaq. “Ona görə Kazan görüşündə də bir nəticə olmayıb, Soçi, Sankt-Peterburq, Moskva, ondan əvvəlki görüşlərdə də. Heydər Əliyevin də görüşlərində heç nə olmayıb. Mən Heydər Əliyevi təmsil edirdim. Bizim danışıqlardan da bir nəticə əldə olmayıb. Çünki Jerar Lebaridiyan Moskvanın verdiyi mövqelərdə dayanmışdı. Ən sərt şərtlər irəli sürülmüşdü: müstəqillik, Kəlbəcərə, Laçına da təmənna. Belə danışıq olar?”,-deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4031.html