Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Aİ-nın üzvü olan ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edib
08.12.09 17:31

Bu gün xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Bildirilib ki, “26+1” formatında keçirilən görüş cari ilin mayında Praqada “Şərq tərəfdaşlığı” Proqramı üzrə əməkdaşlıq Sazişi imzalandıqdan sonra nazirlər səviyyəsində keçiriləcək ilk rəsmi görüşdür. İclasda Avropa İttifaqı tərəfindən maliyyələşdiriləcək altı layihə müzakirə olunacaq. Bu layihələr inteqrasiya olunmuş sərhəd əməkdaşlığı, kiçik və orta müəssisələr üçün kreditlərin verilməsi proqramları, enerji layihələri, nəqliyyat dəhlizlərinin inkişafı, ekoloji mövzular və təbii fəlakətlərə qarşı birgə mübarizə sahələrini əhatə edir.
URL / WWW
http://kelam.az/article/a-403.html