Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-nın Aqrar və Tibb Elmləri Bölməsi hələ yaradılmayıb
06.07.11 20:51

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Aqrar və Tibb Elmləri Bölməsinin yaradılması ilə bağlı ilkin işlərə başlanılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya müsahibəsində AMEA-Rəyasət Heyətinin elmi katibi Sərxan Xavəri deyib. Onun sözlərinə görə, bölmənin infrastrukturu və strukturunun formalaşdırılması məsələsi hələlik həll edilməyib. Bölmənin yaradılması, gələcəkdə aqrar sahədə tədqiqatların aparılması və digər işlərin görülməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə birgə müvfiq tədbirlərin də görüldüyünü xatırladan S.Xavəri prosesin tam formalaşdırılması ilə bağlı bəzi problemlərin də mövcudluğunu söyləyib. Xatırladaq ki, bu il aprelin 26-sı ölkə başçısı İlham Əliyev AMEA-nın illik ümumi yığıncağında iştirak edib. Yığıncaqdakı çıxışında prezident AMEA-da görülən işlər və bir sıra məsələlərdən bəhs edib, bəzi təkliflər səsləndirib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan prezident AMEA-nın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini bildirib.
URL / WWW
http://kelam.az/article/a-4028.html