Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baş Dövlət Yol Polis İdarəsi yol patrul xidməti inspektoru axtarır
07.07.11 03:51

DİN Baş Dövlət Yol Polis İdarəsi Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. DİN Baş Dövlət Yol Polis İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqədə yalnız orta ixtisas və ali hüquq, eləcə də avtomobil nəqliyyatına aid olan ixtisaslara və sürücülük vəsiqələrinə malik olan, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vuran, boyu 175 santimetrdən yuxarı, ingilis dilində sadə danışıq bacarığı olan, Sabirabad, Saatlı, İmişli, Şırvan, Şəki, Zaqatala, Balakən, Qax rayonlarında daimi qeydiyyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunan digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.Daxili işlər orqanlarında yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbul olunmaq istəyən şəxslər şəxsiyyət vəsiqəsi, orta ixtisas və ya ali təhsil haqqında diplom, hərbi bilet, əmək kitabçası (olanlar üçün) və sürücülük vəsiqəsini təqdim etməlidirlər. Sənədlər DİN Baş Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Xırdalan – Binəqədi şossesi 4. Əlaqə telefonu: (012) 590 81 10) iyul ayının 10 -dan 30 -dək hər gün (bazar günündən başqa) saat 10 -dan 17 -dək qəbul olunur.
URL / WWW
http://kelam.az/article/a-4026.html