Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ağabəy Əsgərov: “Qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”
07.07.11 02:51

“Təəssüf ki, qəzetlər onlara ayrılan yardımlardan nəşriyyata olan borclarını ödəmirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov bildirib. O, dəqiq rəqəm açıqlamasa da, nəşriyyatda yerləşən əksər qəzetlərin onlara borcu olduğunu vurğulayıb. Onun sözlərinə görə, elə qəzetlər var ki, xeyli vaxt keçsə də, hələ də borclarını ödəyib qurtara bilmirlər. “Reket” qəzetlərlə bağlı münasibət bildirən direktor dedi ki, artıq nəşriyyatda “reket” qəzet yoxdur. “İndiyə qədər 50-ə yaxın “reket” elan olunan qəzeti nəşriyyatdan çıxarmışıq. Mətbuat Şurası tərəfindən hər dəfə siyahı yeniləndikcə də biz bunu davam etdirəcəyik” - deyə A.Əsgərov vurğulayıb. O, həmçinin əlavə edib ki, Azərbaycanda qəzetlərin çap qiymətləri dünya standartlarına uyğun qiymətlərdir.
URL / WWW
http://kelam.az/article/a-4025.html