Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əbülfəz Qarayev diaspora çağırış etdi
06.07.11 23:51

“Azərbaycana qarşı yönələn təxribatlara vaxtında cavab vermək xaricdə yaşayan diasporumuz üçün prioritet olmalıdır. Belə olan halda Azərbaycan dövlətinin, yaxud Diasporla İş üzrə Dövlət Komitəsinin münasibətini gözləmək lazım deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev söyləyib. Onun sözlərinə görə, Azərbaycan dəyərlərinin xaricdə qorunması diasporun başlıca məqsədlərindən biri olmalıdır. O, Azərbaycanda turizm imkanlarının genişlənməsi üçün diaspor tərəfindən göndərilən təkliflərə də baxmağa hazır olduqlarını açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-4022.html