Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Opera və Balet Teatrının simfonik orkestri Münhendə çıxış edəcək
06.07.11 03:14

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri cari ilin avqustun 4-dən 9-dək Münhendə keçiriləcək Beynəlxalq Opera Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, festivalda Avropa bəstəkarları ilə yanaşı, Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, P.Bülbüloğlunun əsərləri də ifa olunacaq. Qeyd edək ki, bundan əvvəl teatrın simfonik orkestri üç dəfə bu festivalda çıxış edib və festivalın təşkilatçıları, eləcə də musiqi tənqidçiləri və Almaniya kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq səfərdə orkestrin dirijorluğunu Azərbaycanın xalq artisti, professor Cavanşir Cavanşirov və Münhen festivalının baş dirijoru Korneliya fon Kerssenbrofik edəcək.
URL / WWW
http://kelam.az/article/a-4017.html