Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalına son hazırlıq işləri aparılır
05.07.11 21:14

Bu il Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalı və pianoçuların müsabiqəsi geniş miqyaslılığı ilə yadda qalacaq. İyulun 15-dən 22-dək davam edəcək müsabiqədə dünyanın müxtəlif qitələrindən gələn 30-dan artıq gənc pianoçu yarışacaq. “KƏLAMİNFO” xəbər verir ki, festival həm iştirakçıların sayı, həm də əhatə dairəsi ilə seçiləcək. Festivalın qalibinə 30 min dollar pul mükafatının ayrılması nəzərdə tutulub. “Birinci yerin qalibi bundan əlavə Londonda Kral Simfonik Orkestri ilə bərabər konsert də verəcək. O hər bir insana nəsib olmur. Mən ancaq bu son iki ildə Londonda 62 yaşımda konsert verdim. İştirakçılar qalib gəlsə, 18 yaşında orda konsert verəcək”,-deyə Fərhad Bədəlbəyli bildirib. Qeyd edək ki, festivalda Çindən və Rusiyadan bir neçə müsabiqə laureatları və qalibləri də yarışacaqlar. Beynəlxalq müsabiqənin münsiflər kürsüsündə İtaliyadan və İspaniyadan da tanınmış musiqiçilər əyləşəcək. Peşəkar münsiflər heyətinin iştirakı ilə ustad dərsləri də aparılacaq. Festival proqramı janr zənginliyi ilə seçiləcək. F.Bədəlbəyli bildirib ki, muğam konserti də olacaq. “Bizim son müsabiqənin qalibləri orda çıxış edəcəklər. Həm də caz axşamı mütləq olacaq, çünki bizim gözəl caz ifaçılarımız var. Biz onları mütləq dəvət eləyəcəyik. Proqram çox maraqlıdır. Mən hamını ora dəvət edirəm, çünki musiqini orda – gözəl havada, açıq təbiət altında dinləmək iki qat ləzzətlidir”,-deyə bəstəkar F.Bədəlbəyli bildirib. Xatırladaq ki, Heydər Əliyev Fondunun dəstəyi ilə ənənəvi olaraq hər il yay mövsümündə Qəbələdə keçirilən festival proqramı çərçivəsində Yuri Başmetin rəhbərlik etdiyi Yeni Rusiya Simfonik Orkestri, dünya şöhrətli baritonların da çıxışı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4016.html