Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Saakaşvili Kutaisini ikinci paytaxta çevirmək istəyir
06.07.11 03:14

Gürcü deputatları üçüncü və son oxunuşda Konstitusiyaya dəyişiklikləri təsdiq ediblər. Bu dəyişikliyə görə, 2012-ci ildə parlament Kutaisiyə köçəcək. Bu şəhər ölkənin ikinci böyük şəhəri hesab edilir. «Bu, tarixi islahatdır və onun əhəmiyyətini qiymətləndirmək mümkün deyil» - deyə Saakaşvili dəyişikliklərlə bağlı bildirib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, prezident bildirib ki, belə bir addım ölkənin müasir tarixində artıq qəbul edilib. Belə ki, 2006-cı ildə paytaxtdan Batumiyə Gürcüstan Konstitusiya Məhkəməsi köçürülüb. Lakin müxalifət hesab edir ki, prezidentin təşəbbüsünün arxasında gələcəkdə antihökumət çıxışlarının qarşısını almaq durur. Belə ki, indiyə qədər antihökumət aksiyalarının əsas arenası paytaxtın mərkəzində yerləşən parlament binasının qarşısı olub.
URL / WWW
http://kelam.az/article/a-4014.html