Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səlim Müslümov: “Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bir sıradadır”
05.07.11 21:14

“Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvüdür və Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümov yap.org.az saytına müsahibəsində bildirib. Onun sözlərinə görə, Bakı şəhərində Assosiasiyanın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin açılması və bu tədbirə BSTA-nın Baş katibi Hans-Horst Konkolevski və Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin sədri cənab Zbiqnev Derdzyukun da şəxsən qatılmaları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir: “Regional mərkəzin yaradılmasında əsas məqsəd BSTA ilə Avrasiya regionunda fəaliyyət göstərən sosial müdafiə, pensiya təşkilatları arasında əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasıdır. Bundan başqa, Əlaqələndirmə Mərkəzi vasitəsilə BSTA-ya üzv olan təşkilatlara milli sığorta-pensiya sistemlərinin təkmilləşdirilməsində iqtisadi sabitlik, sosial siyasət, texnoloji inkişaf, səmərəli idarəetmə və digər mühüm istiqamətlər üzrə məsləhətlər veriləcək, fikir və təcrübə mübadiləsi, təlim və ekspert rəyi səviyyəsində dəstək göstəriləcək”.
URL / WWW
http://kelam.az/article/a-4012.html