Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək
08.12.09 02:47

Xarici işlər naziri Elmar Məmmədyarov İrana səfər edəcək. KƏLAMİNFO xəbər verir ki, bu haqda İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami keçirdiyi mətbuat konfransında söyləyib. Səfər çərçivəsində iki ölkə arasında bir sıra məsələlərin müzakirə oluanacağı nəzərdə tutulub. Xəzərin statusu ilə bağlı məsələyə münasibət bildirən səfir bu problemin 5 ölkə arasında həll edilməli olduğunu söyləyib: “Bu hüququ məsələdir. Hüququ məsələlər isə həll olunandır. Statusla bağlı məsələnin 70 faizi artıq həll edilib, 30 faizinin də yaxın gələcəkdə həll edilməsinə ümid edirik”,-deyə səfir bildirib. O, iki ölkə arasında 10 ay öncə bağlanan qaz müqaviləsinə də münasibət bildirib. “Qaz məsələləri ilə bağlı xüsusi mütəxəssis qrupu işləyir. İran tərəfi ümid edir ki, Azərbaycandan istədiyi həə qazı ala biləcək”. Qeyd edək ki, ölkə Azərbaycandan 5 mlrd. kubmetr qaz almaq fikrindədir. Hazırda səlahiyyətli orqanlar bunun üzərində işləyir.
URL / WWW
http://kelam.az/article/a-401.html