Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Vatikanda protokol imzalayacaq
05.07.11 21:14

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Müqəddəs Taxt-Taca səfəri nəzərdə tutulub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Səfər çərçivəsində E.Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi , arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş”in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayacaqlar. Həmçinin E.Məmmədyarovun Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Takisio Bertoni ilə görüşü planlaşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-4009.html