Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının III qurultayının açılışında iştirak edib
06.07.11 03:14

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən Dünya azərbaycanlılarının III qurultayının açılış mərasimində iştirak ediblər. “KƏLAMİNFO” xəbər verir ki, İlham Əliyev mərasimdə nitq söyləyib. Prezidentin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü haqqında” Sərəncamına uyğun olaraq keçirilən qurultayın işində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xaricdə yaşayan azərbaycanlı alimlər, ictimai və incəsənət xadimləri, iş adamları iştirak edirlər. Bundan başqa, qurultaya qonaq qismində Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına daim dəstək verən azərbaycanlı olmayan məşhur alimlər və ziyalılar da dəvət olunublar. Nümayəndələr II qurultaydan keçən dövr ərzində görülən işlər, müasir mərhələdə Azərbaycan diasporu qarşısında duran vəzifələri müzakirə edir, gələcək fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparırlar.
URL / WWW
http://kelam.az/article/a-4008.html