Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Kazan görüşü ilə bağlı bəyanat yaydı
04.07.11 20:21

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya partiyadan veriblər. İclasda ölkədəki ictimai-siyasi məsələlər müzakirə olunub. Əsas müzakirə obyekti Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün nəticələri olub. Mövcud vəziyyətlə bağlı BAXCP İdarə Heyətinin üzvləri münaqişənin tənzimlənməsi ilə bağlı partiyanın mövqeyini bir daha bəyan ediblər. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı imzalanacaq istənilən sülh sazişinin ilk müddəası Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı olmalıdır. Bildirilir ki, sazişin ilk müddəasında Dağlıq Qarabağın statusunun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdiriləcəyi birmənalı şəkildə qeyd olunmalıdır. “Əgər sülh sazişində belə bir müddəa olmazsa, bu, Dağlıq Qarabağın Azərbaycandan qopardılmasına razılıq verilməsi anlamına gələcək. BAXCP siyasi mövqeyindən asılı olmayaraq, bütün Azərbaycan ictimaiyyətini ölkənin ərazi bütövlüyü ilə bağlı məsələlərdə vahid və prinsipial mövqe nümayiş etdirməyə, hakimiyyəti isə masa üzərində olan çərçivə sazişinin bütün müddəaları ilə bağlı ictimaiyyəti məlumatlandırmağa çağırır”,-deyə BAXCP-nin bəyanatında vurğulanır.
URL / WWW
http://kelam.az/article/a-4000.html