Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə - 60 » Tənqidçi Vaqif Yusifli:
19.10.09 14:58

Bu gün qəzəl canrını yaşadan şairlərdən biri də Hacı Mirəziz Seyidzadədir. Qəzəl yazmaq üçün əruz vəznini bilmək lazımdır. Hacı Mirəziz dini təhsil aldığı üçün bu sahəni gözəl bilir. Qəzəldə söz oynatmaq əsas şərt deyil. Burada forma ilə məzmun sıx birləşməlidir. Hacı Mirəzizin qəzəllərində biz bunları müşahidə edirik. Hacı Mirəziz həm də mötəbər bir din xadimidir. Azərbaycanda dinlə poeziya bir-birindən təjrid edilib. Həqiqətdə isə dinlə poeziya arasında heç bir uçurum yoxdur. Bizim klassiklərimiz öz divanlarını Allahın, Peyğəmbərin, imamların vəsfi ilə başlayıblar. Böyük şairlərimizdən çoxu seyid olub. Yəni, burda heç bir ayrı-seçkilik yoxdur.
Hacı Mirəziz Seyidzadə böyük bir din xadimi olmaqla yanaşı, həm də böyük ürək sahibidir. Hacı Mirəzizin qəzəldən başqa kitabda yer alan digər şeirləri də maraqlıdır. Mən istərdim ki, onun gələcək kitablarında satirik şeirlərin sayı artsın və xırda deyil daha böyük məsələlərə toxunulsun. «Bulud ağlamasa» kitabından sonra Hacı Mirəziz Seyidzadə Divan ədəbiyyatına müraciət edərək öz «Divan»ını ortaya qoydu. Kitabı əvvəldən axıra kimi oxudum. Ümumiyyətlə, Hacının «Divan»ında əruz vəznli şeirlər öz bədii sambalı və siqləti ilə daha çox diqqəti cəlb edir. Hiss olunur ki, M.Seyidzadə klassik poeziyaya təkcə heyranlıq nəzəri ilə baxmır, həm də bir mütəxəssis bilici kimi yanaşır. Onun qəzəllərində qitələri də, rübailəri də, mürəbbeləri də, müxəmməsləri də, təxmisləri də, bir sözlə klassik üslubda yazdığı bütün şeir nümunələri gözəl və diqqəti çəkəndir. Bir sözlə Hacı Mirəzizin – Əziz Pünhanın həm dini, həm də lirik şeirləri müasir gənjlərimiz üçün qiymətli hədiyyədir. Mən qəlbi eşqlə dolu olan, 60 yaşlı yubilyara ədəbi və ictimai xidmətlərində uğurlar arzulayıram. 70-80-də görüşənədək…
URL / WWW
http://kelam.az/article/a-4.html