Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Cənubi Tirol Avropa nümunəsi olsa da, bu statusla Dağlıq Qarabağ arasında paralellər aparmaq mümkündür”
04.07.11 20:21

“Bu gün mübahisəli məqamlarla Cənubi Tirol Avropa nümunəsi olsa da, bu muxtariyyət statusu ilə Dağlıq Qarabağ arasında paralellər aparmaq mümkündür”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, burada ilk oxşarlıq Dağlıq Qarabağda olduğu kimi, Cənubi Tirolun da iki icmadan formalaşmasıdır. Ekspertin fikrincə, ikinci oxşarlıq ondan ibarətdir ki, Cənubi Tirol separatizmi ilk illərdə Avstriyaya arxalanırdısa, Dağlıq Qarabağ separatizmi də Ermənistanın dəstəyinə bağlıdır. “Burada digər bir oxşarlıq da var. Avstriya Cənubi Tirolun beynəlxalq aləmdən müharibədə məğlubiyyətə uğrayan İtaliyadan ayrılmasını tələb etdiyi kimi, Ermənistan da özünün müharibədə qalib çıxdığını iddia edərək, dünyanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımasını tələb edir”,-deyə E.Şahinoğlu vurğulayıb. Buna baxmayaraq ekspert iki məsələ arasında fərqli məqamların da olduğunu göstərir. “Cənubi Tirol İtaliya ilə Avstriyanın və əyalətdə yaşayan iki xalqın birgə həll etdiyi problemdir. Erməni separatçıları isə azərbaycanlıları bölgədən qovduqdan sonra problemin təkbaşına öz xeyirlərinə həllinə çalışırlar. Tirolda qanunverici orqanın binası - 2009 Cənubi Tirol probleminin masa üzərində birgə həlli ondan xəbər verir ki, torpaq münaqişələrinin paket həlli yoxdur. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli planında bütün maddələrin bərabər tutulmasını, torpaqların azad olunmasını referenduma bağlayır. Cənubi Tirol nümunəsində isə problem mərhələli şəkildə həllini tapıb. Avstriya və bölgədə yaşayan alman dillilər ilk illərdə Cənubi Tirol üçün müstəqillik tələb edirdilərsə, hadisələrin sonrakı inkişafında geniş muxtariyyətin daha məqbul olduğu qənaətinə gəldilər”,-deyə E.Şahinoğlu əlavə edib. Qeyd edək ki, Cənubi Tirol uzun müddət İtaliya və Avstriya arasında mübahisəli bölgə olub. 1992-ci ildə qəbul edilən son statusa görə Cənubi Tirolla Trentino bölgələri ayrılaraq birincidə alman dillilərin daha çox yaşadığı nəzərə alınaraq ona daha çox səlahiyyətlər verilir. Cənubi Tirol qanunverici və idarəetmə hüquqlarına malik olur. Bu illər ərzində bölgə liderlərin mərkəzi hakimiyyətlə danışıqları nəticəsində Cənubi Tirolun statusu təkmilləşir. Nəhayət, Avstriya hökuməti “Problemin həll deklarasiyası” adlı sənəd qəbul edərək Cənubi Tirolla bağlı İtaliya ilə heç bir mübahisəsinin qalmadığını bəyan edir.
URL / WWW
http://kelam.az/article/a-3999.html