Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakı Uşaq Teatrında “Məzəli hadisə” olacaq
01.07.11 20:40

Baki Uşaq Teatrı məşhur holland yazıçısı K.Qaldonin pyesi əsasında “Məzəli hadisə” tamaşasının təqdimatını keçirəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, 2 hissəli, komediya janrında olan hadisələr Hollandiyanın Haaqa şəhərində baş verir. Fransız zabitinin Hollandiya tacirinin qızına aşiq olması, qızın zabitə veriləcəyini anlayan gənclərin fırıldağa əl atmaları, qız atasının da fırıldağa uyaraq evlənməyə razılıq verməsi komediyanın remarkasını təşkil edir. Qeyd edək ki, xronometrajı 1 saat 30 dəqiqə olan və yalnız böyük tamaşaçılar üçün nəzərdə tutulan tamaşanın rejissoru Xalq artisti Ağaxan Salmanlıdır. Xatırladaq ki, 5 iyul 2011-ci il saat 12:00-da təqdim olunacaq “Məzəli hadisə” tamaşasındakı rolları Bakı Uşaq Teatrının aktyorları İlhamə Əhmədova, Ruslan Mürsəlov, Könül Şahbazova, Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov ifa edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3996.html