Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Siyasi icmalçı Obamanın ünvanına təhqiramiz ifadələrə görə işdən qovuldu
01.07.11 20:40

Amerikanın MSNBC telekanalının siyasi icmalçısı Mark Halperi ABŞ prezidenti Barak Obamanın ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə görə işdən qovulub. «KƏLAMİNFO» məlumatı «New York Times» qəzetinə istinadən yayıb. Mark Halperi həftəlik “Morning Joe» verilişi zamanı Obamanın son mətbuat konfransını lağa qoyub və təhqiramiz ifadələrlə şərh edib. İcmalçı bir neçə dəqiqə sonra üzr istəsə də, telekanalın rəhbərliyi fövqəladə iclasda onu qeyri-müəyyən müddətə işdən uzaqlaşdırıb. Mark Halperin ifadələrinin yolverilməzliyini Ağ evin rəsmi nümayəndəsi Dey Karni də bəyan edib. Bundan sonra MSNMC telekanalı bəyanat yayıb. «Mark Halperinin şərhi tamamilə yolverilməz və qəbuledilməzdir. Biz prezident, Ağ ev və bütün tamaşaçılar qarşısında üzr istəyirik. Biz yüksək diskussiya səviyyəsinə can atırıq. Belə şərhlərə bizim efirdə yer yoxdur» - deyə bəyanatda deyilir.
URL / WWW
http://kelam.az/article/a-3995.html