Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Tayvanın keçmiş prezidenti dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb
01.07.11 20:40

Tayvanın keçmiş prezidenti Denxuey Li rüşvət almaqda və dövlət vəsaitlərini mənimsəməkdə günahlandırılıb. Denxueyin dövlət xəzinəsini 1988-2000-ci illərdə talan etdiyi bildirilib. Prokurorluq onun ölkənin milli müdafiə nazirliyinin büdcəsindən 7,79 mln. dollar mənimsədiyini üzə çıxarıb. «KƏLAMİNFO» «MIGnews.com»a istinadən xəbər verir ki, müstəntiq Çen Xunte bildirib ki, millət başçısı kimi Denxuey hamıya nümunə olmalı idi. «Onun törətdiyi cinayətlərə baxmayaraq, biz onun yaşını və xalq qarşısında xidmətlərini nəzərə alacağıq və ona layiqli cəza verilməsinə çalışacağıq» - deyə o bildirib. 88 yaşlı Li rüşvətxorluqda günahlandırılan sayca ikinci prezidentdir. 2000-2008-ci illərdə prezident olmuş Çeyn Şuyban korrupsiya ittihamı ilə bağlı həbsxanada yatır. Barəsində 17 il həbs qərarı çıxarılmış bu şəxs Denxueyi əvəzləyib.
URL / WWW
http://kelam.az/article/a-3994.html