Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan Beynəlxalq Geodeziya və Geofizika İttifaqının daimi üzv seçilib
01.07.11 20:40

Avstraliyanın Melburn şəhərində Beynəlxalq Geodeziya və Geofizika İttifaqının (BGGİ) 25-ci Baş Assambleyasının “Yer təhlükə ilə üz-üzə: Dayanıqlı planet naminə elm” mövzusunda toplantısı keçirilir. Geologiya İnstitutundan “KƏLAMİNFO”ya verilən məlumata görə, iyunun 28-də başlamış tədbirdə 28 ölkə, o cümlədən ABŞ, Braziliya, İtaliya, Fransa Danimarka, Rusiya, Türkiyə, Azərbaycan, Çin, Yaponiya və digər dövlətlərin nümayəndələri iştirak edir. Ölkəmizi toplantıda Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində təsis edilmiş Azərbaycan Milli Geodeziya və Geofizika Komitəsinin (AMGGK) baş katibi, Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev təmsil edir.İyulun 7-nə qədər davam edəcək tədbirin ilk günlərində Azərbaycan 28 ölkənin yekdilliklə səs verməsi ilə BGGİ-nin daimi üzvü seçilib. Q.Babayev tədbirin “Gənc Alimlər: tədqiqatlar və nəticələr” adlı bölməsində “Geologiya İnstitutunun və Azərbaycan Milli Məlumat Mərkəzinin məlumat bazasının əsasında Azərbaycanda seysmik monitorinq” adlı məruzə ilə çıxış edib. Q.Babayev və Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü professor Fəxrəddin Qədirov tərəfindən birgə hazırlamış olduqları məruzə böyük maraqla qarşılanıb.
URL / WWW
http://kelam.az/article/a-3991.html