Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnformasiya Texnologiyaları İnstitutuna 110 833 müraciət daxil olub
01.07.11 20:40

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az rəsmi saytına cari ilin I yarımili ərzində olan müraciətlərin sayı 110 833 təşkil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. Sayta dünya ölkələrindən olan müraciətlərin aktivliyinə görə ilk beşliyə Rusiya (2 014), İran (1 000), Ukrayna (745), ABŞ (605) və Türkiyə (569) başçılıq edir. AMEA İTİ-nin www.ict.az saytı ölkədə və dünyada elmi-texniki tərəqqinin son nailiyyətləri, İKT sahəsinin inkişafına xidmət edən müxtəlif səpkili layihə və tədbirlər, qəbul edilən dövlət proqramları, digər rəsmi sənədlər və s. haqda məlumatları operativ şəkildə təqdim edən dəyərli informasiya mənbəyidir.
URL / WWW
http://kelam.az/article/a-3990.html