Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycandakı bütün elmi-tədqiqat müəssisələri bir mərkəzdən idarə oluna bilər
02.07.11 01:40

Azərbaycandakı bütün elmi-tədqiqat müəssisələri, ali təhsil müəssisələrindəki elmi kafedra və laboratoriyalar vahid prinsip əsasında bir mərkəzdən idarə oluna bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu yenilik “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın “Elm sahəsində idərəetmə sisteminin təkmilləşdirilməsi və elmi qurumların strukturunun müəyyənləşdirilməsi” bölməsində əks edilib. Strategiyada göstərilir ki, Azərbaycan Respublikasındakı bütün elmi strukturların, AMEA-nın elmi-tədqiqat müəssisələrinin, nazirliklərin, dövlət komitələrinin, səhmdar cəmiyyətlərin və şirkətlərin nəzdindəki elmi-tədqiqat müəssisələrinin, ali təhsil müəssisələrindəki elmi kafedra və laboratoriyaların vahid prinsip əsasında idarə olunması üçün AMEA-nın və Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının hüquqi səlahiyyətləri müasir tələblərə uyğun olaraq yeniləşdirilməli və genişləndirilməlidir. Respublikada aparılan bütün elmi-tədqiqat işlərinin müntəzəm ekspertizası keçirilməli, nəticələri və səmərəliliyi qiymətləndirilməlidir. Bu istiqamətdə bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Bu tədbirlər sırasında Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli Fərmanına uyğun olaraq ölkənin elmi tədqiqat müəssisələrində həyata keçirilən tədqiqatların vahid mərkəzdən idarə olunması modelinin tətbiqi, müvafiq ekspertizasının aparılması, səmərəliliyinin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş nəzarət səlahiyyətlərinin AMEA-ya verilməsi əks edilib. Bundan başqa, xarici ölkələrin elmin idarə olunması təcrübəsinin öyrənilməsi və tətbiqi, elmi işçilərin müəyyənləşdirilmiş qaydada müntəzəm olaraq attestasiyasının keçirilməsində obyektivliyin təmin edilməsi və digər məsələlərin reallaşdırılması da həyata keçiriləcək tədbirlər arasındadır.
URL / WWW
http://kelam.az/article/a-3989.html