Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abituriyentlər imtahana buraxılış vərəqələrini çap etdirib götürməyə tələsməlidirlər
01.07.11 20:40

“Təəssüf ki, bəzi valideynlər və ya da abituriyentlər ali məktəblərə qəbul imtahanı ilə bağlı məsələləri hansısa müəllimlərə, yaxud da “ağıllı” saydıqları adamlara həvalə edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.O, qeyd edib ki, artıq neçə ildir Azərbaycanda bu sistem tətbiq olunsa da, hələ də imtahana buraxılış vərəqələrini çap etdirməyən abituriyentlər harada, hansı məktəbdə, hansı şəhərdə imtahan verəcəklərini bilmirlər. “Abituriyentlər bu məsələlərdə çox diqqətli olmalıdırlar. Onlar özləri informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyi bacarmalıdırlar və bu işləri özləri görməlidirlər. Məsələn, hansısa abituriyent Yevlaxda yaşayır və iyulun 3-də - imtahan verəcəyi gün TQDK-nın saytına daxil olaraq, imtahana buraxılış vərəqəsini götürür. Orada görür ki, onun imtahanı Bakı şəhərindəki binalardan birindədir. O halda abituriyent həmin gün imtahan zalına gələ bilməyəcək. Ona görə də abituriyentlər imtahana buraxılış vərəqələrini çap etdirib götürməyə tələsməlidirlər”,-deyə TQDK sədri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3987.html