Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məleykə Abbaszadə abituriyentləri ciddi xəbərdarlıq etdi
01.07.11 20:40

“Ali məktəblərə builki qəbul imtahanlarında mobil telefonların yoxlanılması üçün texnologiya daha da təkmilləşdirilib. Kim mobil telefonlarla imtahan binalarına girsə, biz dərhal bunu biləcəyik və həmin abituriyent dərhal tapılacaq, onun nəticələri heç nəyə baxılmadan ləğv olunacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə deyib ki, imtahana gələn şəxslər özləri ilə yalnız şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi, diyircəkli qələmlər gətirməlidirlər. “İmtahan zallarının hamısında su olacaq. Ona görə də abituriyentlər özləri ilə su da gətirməyə bilərlər. “Fanta” və “Coca-cola” sularının gətirilməsi, ümumiyyətlə, qadağandır. Digər avadanlıqların gətirilməsi də qəti qadağandır. Abituriyentlər imtahana gələndə nə qədər böyük çanta götürsələr, onların problemləri də böyük olacaq. Çanta ilə gəlməyə ehtiyac yoxdur” - deyə TQDK sədri vurğulayıb. Onun sözlərinə görə istənilən halda imtahan keçirilən binalarda həmin gün mobil telefon dalğası tutmayacaq.
URL / WWW
http://kelam.az/article/a-3986.html