Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 3-də keçiriləcək
01.07.11 20:40

İyulun 3-də cari tədris ili üçün ali və orta ixtisas məktəblərinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. M.Abbaszadə deyib ki, imtahan respublikanın 4 şəhərində keçiriləcək. “İmtahan Bakıda 41, Naxçıvanda 3, Gəncə və Sumqayıt şəhərlərində isə hər birində 6 binada təşkil olunacaq” - deyə komissiya sədri vurğulayıb. TQDK sədrinin sözlərinə görə, bu il ümumilikdə imtahanlara 2508 nəzarətçi və 247 imtahan rəhbəri cəlb olunub. “Cari tədris ili üçün III qrup üzrə 32869 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 29529 nəfəri Azərbaycan, 3340 nəfəri isə rus bölməsinin məzunlarıdır. Sənəd verən abituriyentlərin 17538 nəfəri orta ümumtəhsil məktəblərinin builki, 13158 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyənlərin 149 nəfəri isə xarici ölkələrin vətəndaşıdır” - deyə M.Abbaszadə bildirib. Onun sözlərinə görə, III ixtisas qrupu üzrə sənəd verən ən yaşlı abituriyent 1939-cu, ən gənc abituriyent isə 1996-cı ildəndir.
URL / WWW
http://kelam.az/article/a-3985.html