Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Müəllim işləmək istəyənlərin elektron ərizələrinin qəbulu başlanıb
02.07.11 01:40

Bu gündən etibarən 2011-2012-ci dərs ilində ümumtəhsil məktəblərinin vakant yerlərində çalışmaq istəyən müəllimlərin ərizələrinin qəbuluna başlanır. “KƏLAMİNFO” xəbər verir ki, artıq bununla bağlı Təhsil Nazirliyi elan verib. Müsabiqədə iştirak etmək istəyənlər ərizələrini yalnız elektron formada doldurur. Bunun üçün namizədlər Təhsil Nazirliyinin elektron portalının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bölməsinə daxil olaraq ərizələrini doldura bilərlər. Ərizələr iyulun 15-dək qəbul ediləcək. İmtahanlar isə avqust ayından başlanacaq. Qeyd edək ki, ölkə üzrə təxminən 2 mindən artıq vakant yer var. Bunlardan 300-dən çoxu Bakı şəhərindədir. Vakant yerlərdən təxminən 800-ə qədəri güzəştli şərtlərlə, stimullaşdırıcı tədbirlər tətbiq etməklə müəyyənləşdirilən yerlərdir. Daha çox vakant yer Gədəbəy, İmişli, Şamaxı, Cəlilabad, Yardımlı və digər rayonlardadır.
URL / WWW
http://kelam.az/article/a-3984.html