Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rasim Ağayev: “Metyu Brayzanın bəyanatı bir işarədir”
02.07.11 01:40

“Kazan görüşündən dərhal sonra ABŞ-ınAzərbaycandakı səfiri Metyu Brayzanın bəyanatı bizim bəzi çaşmış siyasi ekspertlərə və siyasətçilərə bir işarədir”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloq deyir ki, Kazan görüşünün nəticələrinə münasibət bildirən səfirin sözlərində həqiqət çoxdur. “Əslində, onun dediyində yeni bir şey yoxdur. Dünyanın hər hansı bir nöqtəsində hansısa bir radikal dəyişikliklər ABŞ-ın xəbəri, razılığı olmadan həllini tapa bilməz, o ki, qaldı Qarabağ kimi mühüm problem olsun. Bu problem Cənubi Qafqazdadır - ABŞ-ın meqalayihələrini həyata keçirmək istədiyi yerdədir. Ona görə də Metyu Brayza Moskvaya mesaj göndərir ki, hətta Rusiya prezidenti Dmitri Medvedyev və baş nazir Vladimir Putin bir yerdə bu problemi həll etməyə çalışsalar da, heç nə alınmayacaq. Rusiya sadəcə olaraq göstərmək istəyir ki, biz də burada varıq” - deyə R.Ağayev vurğulayıb. Qeyd edək ki, Kazan görüşündən sonra səfir M.Brayza görüşün nəticələrinə münasibət bildirərək deyib ki, belə görüşlərdə ABŞ prezidenti Barak Obamanın iştirakı zəruridir. O qeyd edib ki, bu məsələdə ABŞ prezidentinin dəstəyi çox vacibdir və Obamasız görüşlərin yüksək nəticəsi olmayacaq.
URL / WWW
http://kelam.az/article/a-3983.html