Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Argentinanın iki aparıcı jurnalları son nömrələrini Azərbaycana həsr ediblər
01.07.11 20:40

Bakının “İçəri Şəhər” metro stansiyası ilə “Köhnə Qala” divarlarının kəsişdiyi fotoşəkil yerləşdirilmiş “İmagen Diplomatica” jurnalının sonuncu nömrəsi “Azərbaycan – qədim tarixin müasirliklə qovuşduğu nöqtə” adlanır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Argentinadakı səfirliyindən veriblər. Jurnalda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin cari ilin fevral ayında Argentinaya səfəri, bu çərçivədə təşkil olunmuş görüş və tədbirlər, ümumilikdə ölkəmizin həqiqətləri, tarixi-mədəni irsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin sosial-iqtisadi inkişafı, Argentina ilə əməkdaşlığı, habelə cari ildə Buenos-Ayresdə qeyd olunmuş Azərbaycanın Respublika Günü, ölkəmizin 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasında iştirakını əks etdirən məqalələr dərc olunub. Jurnalda ölkəmizin müxtəlif görməli yerləri ilə bağlı fotoşəkillər də yerləşdirilib. “İmagen Diplomatica” və “Revista Placet Diplomatica” jurnallarının populyarlığını və geniş oxucu kütləsinə malik olmasını nəzərə alaraq qeyd olunan nəşrlər Azərbaycanın Argentinada təbliği üçün əhəmiyyətli töhfədir.
URL / WWW
http://kelam.az/article/a-3982.html