Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Abel Məhərrəmov Türkiyənin səfirliyinin təhsil müşaviri ilə görüşüb
01.07.11 01:09

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu ilə görüşüb. BDU-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə məlum olub ki, müşavirin diplomatik missiyası başa çatır və yaxın günlərdə Azərbaycanı tərk edəcək. 2008-ci ildən ölkəmizə təhsil müşaviri təyin olunan H.Koyuncuoğlunun fəaliyyətini yüksək qiymətləndirən rektor A.Məhərrəmov bu illər ərzində BDU ilə təhsil müşavirliyi arasında görülən mühüm işlərdən bəhs edib. A.Məhərrəmov H.Koyuncuoğlunun Azərbaycandakı fəaliyyəti ilə əlaqədar müvafiq strukturlara BDU-nun adından təşəkkür məktublarının göndəriləcəyini bildirib. H.Koyuncuoğlu hər iki tərəfin səyləri nəticəsində BDU-da təhsil alan türk tələblərə yaradılan şəraitdən məmnun olduğunu bildirib və problemlərinin həlli üçün göstərilən xüsusi diqqətə görə rektora təşəkkür edib.
URL / WWW
http://kelam.az/article/a-3979.html