Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycanlı gənclər Rusiya Diplomatik Akademiyasında ödənişsiz təhsil ala bilər
30.06.11 15:09

Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası tərəfindən bakalavr (ikinci ali təhsil formasında) və magistratura proqramları üzrə ödənişsiz təhsil elan edilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, azərbaycanlı gənclərin iştirak edə biləcəyi proqram çərçivəsində bakalavr (ikinci ali təhsil formasında) təhsili üçün beynəlxalq münasibətlər, iqtisadiyyat, magistratura pilləsi üçün isə beynəlxalq münasibətlər, iqtisadiyyat, menecment və hüquq istiqamətləri üzrə müraciət oluna bilər. Qeyd edək ki, sürətləndirilmiş proqramlar şəklində həyata keçiriləcək təhsilin müddəti 2 ildir. Namizədlər təhsil haqqından azad olunacaqlar, lakin təhsil müddətində yaşayış və yol xərcləri namizədlərin özləri tərəfindən ödənilməlidir. Proqram haqqında ətraflı məlumatı http://www.dipacademy.ru internet ünvanından əldə etmək mümkündür. Maraqlananlar müvafiq sənədləri cari ilin 10 iyul tarixinə qədər Xarici İşlər Nazirliyinə (Aliyə Ağazadə - 5969215) təqdim etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-3978.html