Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ABŞ-da Qarabağa həsr olunmuş poçt markaları çap edilib
30.06.11 15:09

Qarabağ Fondu ABŞ tarixində ilk dəfə olaraq Qarabağa həsr olunmuş poçt markaları çap edib. Bu barədə “KƏLAMİNFO”ya Qarabağ Fondundan məlumat verilib. Satış üçün nəzərdə tutulan bu poçt markaları Qarabağ: "Keçmişə və Gələcəyə Baxış" layihəsinin bir hissəsidir. Markaların üzərində Qarabağın tarixi abidələri, qədim Alban kilsələri, Şuşa qalası təsvir olunub. Qarabağ Fondu bu markaları ABŞ-ın tanınmış marka kolleksionerlərinə hədiyyə olaraq təqdim edəcək. Markaları əldə etmək üçün hər kəs Qarabağ Fondunun internet saytındakı onlayn mağazadan sifariş verə bilər. Markaların satışından əldə olunan gəlir Qarabağ Fondunun mədəni layihələrini həyata keçirmək üçün sərf olunacaq.
URL / WWW
http://kelam.az/article/a-3975.html