Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Gənc alimlərin elmi əsərlərinin sərgisi və internet portallarının təqdimatı keçirildi
07.12.09 22:45

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində gənc alimlərin elmi əsərlərinin sərgisi və internet portallarının təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, iştirakçılara mərasim haqqında məlumat verən AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin sədri İlqar Orucov bu tədbirin eyni zamanda “Gənc alimlərin elm həftəliyi” çərçivəsində həyata keçirildiyini bildirdi. O qeyd etdi ki, bu həftə həmçinin gənc elmi tədqiqatçıların həftəsi kimi qeyd olunur. İ.Orucov sərgidə AMEA-nın müxtəlif insitutlarından olan gənc tədqiqatçıların elmi əsərləri və beynəlxalq sertifkatların nümayiş olunduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, bu kimi sərgilər bundan belə mütəmadi olaraq keçiriləcək. İ.Orucov həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən AMEA-nın dəstəyi ilə gənc alimlər üçün www.youngscientists.az adlı yeni internet səhifəsinin də istifadəyə verildiyini elan etdi. “Artıq bu sayt vasitəsilə gənc tədqiqatçılar istənilən istiqamətdə öz əlaqələrini daha intensiv qura biləcəklər”,-deyə, İ.Orucov vurğuladı.
URL / WWW
http://kelam.az/article/a-397.html