Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakıda Regional Təlim və Təhsil Mərkəzi yaradılacaq
29.06.11 20:30

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Elm Fondu və AZEKOLAB laboratoriyası tərəfindən birgə Regional Təlim və Təhsil Mərkəzi yaradılacaq. MEF-in direktoru Fuad İsmayılov “KƏLAMİNFO”ya müsahibəsində bildirib ki, Bakıda təsis ediləcək mərkəzin inşasına bu ilin sentyabrından başlanılması nəzərdə tutulub. Onun sözlərinə görə, məqsəd laborator analitik avadanlıqlarla işləyən kadrların sayını artırmaq, ümumiyyətlə bu sahədəki kadr çatışmazlığını aradan qaldırmaqdan ibarətdir. F.İsmayılov deyib ki, mərkəzdə əsasən “xronomotoqrafiya” sahəsinə daha çox üstünlük veriləcək. Onun sözlərinə görə, burada istifadə ediləcək avadanlıq əksər sahələr, o cümlədən yeyinti, kənd təsərrüfatı, neft və digər sahələrdə aparılacaq analizlərin dəqiq nəticəsini verəcək. F.İsmayılov qeyd edib ki, mərkəz fəaliyyət göstərdikdən sonra ora Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə və digər ölkələrdən tələbələr cəlb ediləcək. Fond rəhbəri onu da açıqlayıb ki, mərkəzin yaradılmasına ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Agentliyi tərəfindən 30 min dollar məbləğində vəsait ayrılıb. O, mərkəzdə çalışanların isə azərbaycanlı mütəxəssislər olacağını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3968.html