Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » NATO-nun ekspert qrupları Azərbaycana gəlir
29.06.11 20:30

İyulun 5-i və 6-da NATO və ABŞ ekspertləri Azərbaycana səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfər zamanı Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına təhsil sahəsində ekspert yardımının davam etdirilməsi məsələləri müzakirə olunacaq. İyulun 10-dan 12-dək isə NATO-nun Neapol Birləşmiş Qüvvələr Komandanlığının hüquq üzrə mobil təlim qrupu Bakıda səfərdə olacaq. Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində iyulun 20-dən 23-dək Bakıda NATO-nun İzmirdəki Hərbi Hava Qüvvələri Komandanlığının nümayəndələrinin iştirakı ilə ekspert qərargah görüşü keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-3966.html