Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri müəyyənləşib
28.06.11 21:48

“Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin qalibləri bəlli olub. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqənin əsas məqsədi “Mozalan” kinojurnalına ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirmək və kino-dramaturgiyanın bu növünə yeni qüvvələr cəlb etmək olub. Xatırladaq ki, nazirliyin 2011-ci il mayın 1-dək keçirdiyi müsabiqədə professional kino-dramaturqların və digər müəlliflərin müasir həyatımızın problemlərini əks etdirən, 2-4 dəqiqəlik bədii süjet üçün nəzərdə tutulan ssenariləri təqdim olunub. Müsabiqəsinin münsiflər heyətinin qərarına əsasən “Mozalan” kinojurnalı üçün ssenari müsabiqəsinin üç qalib ssenarisi təsdiq edilib. 1-ci yerə Rüfət Məlikovun yazdığı “Ağıllı” və ya “Nağdsız haqq-hesab”, 2-ci yerə Elçin Musaoğlunun “Lift”, 3-cü yerə isə Lalə Abbasovanın qələmə aldığı “Heyvanlar aləminə səyahət” ssenariləri layiq görülüb. Qeyd edək ki, Münsiflər Heyətinin müəyyən etdiyi qalib ssenarilər “Mozalan studiyasında çəkildikdən sonra onların müəlliflərinə mükafat olaraq qonarar veriləcək.
URL / WWW
http://kelam.az/article/a-3962.html