Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK abituriyentləri xəbərdar etdi
28.06.11 21:48

Cari tədris ili üçün Azərbaycanda buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alan 54 min 400 abituriyentin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nəzdində fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasında (SQK) attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər. Artıq Təhsil Nazirliyi tərəfindən keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair məlumat bazası TQDK-a təqdim olunub. Bu məlumatlar əsasında bu il orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib. Mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya ümumiyyətlə qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiqlətməli olacaqlar. Belə abituriyentlərin sayı təxminən 6 min 300 nəfərdir. Həmin abituriyentlərin imtahana buraxılış vərəqələri saytda yerləşdirilməyəcək və onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək. Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri SQK-ya təqdim edib attestat məlumatlarını təsdiqlətdikdən sonra “İmtahana buraxılış vərəqəsi”i çap edə biləcəklər.
URL / WWW
http://kelam.az/article/a-3960.html