Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “İşğal altında olan rayonlarımızda bütün televiziya kanalları problemsiz yayımlanır”
29.06.11 02:48

“İşğal altında olan rayonlarımızın hamısında Azərbaycanın bütün yerli televiziya kanalları problemsiz yayımlanır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov bildirib. O qeyd edib ki, Ağsu aşırımında 843 metr yüksəklikdə 93 metrlik teleqüllənin tikilməsindən sonra Azərbaycan kanallarının yüksək keyfiyyətlə yayımı tam təmin edilib. “Hazırda Füzuli rayonunun “Əhmədbəyli” stansiyasından Qarabağın cənub bölgələrində keyfiyyətli yayım təmin olunur. Bu yaxınlarda Tərtərdə tikilən yeni teleqüllənin istifadəyə verilməsi ilə bölgənin şimalında da yayım keyfiyyəti bir qədər artacaq. Ancaq Ağsu qülləsindən güclü yayım nəinki Qarabağa, hətta Ermənistan ərazisinə də çatır ” -deyə M.Əmirov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3959.html