Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: “Azərbaycanın status məsələsi ilə bağlı mövqeyi çox səxavətli idi”
28.06.11 21:48

“Prezidentlərin digər görüşündə olduğu kimi Kazan görüşündə də uğursuz nəticəni Azərbaycanın üstünə yıxmaq düzgün deyil. Çünki Azərbaycan prezidenti hər dəfə olduğu kimi bu dəfə də görüşqabağı Dağlıq Qarabağa ən yüksək statusun verilməsinin tərəfdarı olduğunu bildirmişdi”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyir ki, budəfəki görüşqabağı Azərbaycanın vəd verdiyi status məsələsi ermənilər üçün ən böyük status sayılır. “Bir vaxtlar mərhum prezident Heydər Əliyev də Dağlıq Qarabağdakı ermənilərə muxtariyyətlə bağlı çox böyük təklif verib. Yəni Dağlıq Qarabağa Tatarıstanın statusu kimi status. Şəxsən mən o vaxt bunun əleyhinə olmuşam. Çünki bu, yüksək statusdur. Amma bu təklif də rədd olundu. İndi də Azərbaycanın rəsmi mövqeyi bu idi ki, ermənilərə yüksək muxtariyyət vermək. Onlar yenə razılaşmadırlar” - deyə V.Quluzadə vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın status məsələsi ilə bağlı mövqeyi çox səxavətli mövqedir. “Bilirsiniz, bizi deportasiya edən, Xocalı soyqırımını törədən Ermənistana böyük muxtariyyət veririk. Çünki məcburuq, arxamızda bir dövlət dayanmayıb. Amma bu o demək deyil ki, hansısa görüşlə bağlı ermənilərin qarşısında günahkarıq” - deyə o, əlavə edib. Qeyd edək ki, iyunun 24-də Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Kazan şəhərində görüş keçiriblər. Görüşdə bəzi məsələlərdə anlaşma əldə edilib, amma hər hansı sənəd imzalanmayıb. Görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya prezidentləri birgə bəyanat yayıblar.
URL / WWW
http://kelam.az/article/a-3958.html