Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Aparatında Milli preventiv qrup yaradılacaq
28.06.11 21:48

Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında Milli preventiv qrup yaradılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilin (ombudsman) haqqında” qanuna edilən əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərdə qeyd olunur ki, bu qanunun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin oluna bilər. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar. Qeyd edək ki, qanunun 1.2-ci maddəsində göstərilir ki, Müvəkkil “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir. Xatırladaq ki, qanuna əlavə və dəyişikliklər parlamentin son iclasında ikinci oxunuşda qəbul olunub.
URL / WWW
http://kelam.az/article/a-3955.html