Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Klinton: Türkiyə silahlı qarşıdurmaya hazır olsun
24.06.11 20:24

ABŞ xarici işlər naziri Hillari Klinton Suriya hərbi qüvvələrinin Türkiyə sərhədinə yaxınlaşmasını narahatlıq doğuran bir hal kimi qiymətləndirib. “KƏLAMİNFO” CNN-ə istinadən xəbər verir ki, Klinton Türkiyəni silahlı qarşıdurmaya hazır olmağa çağırıb. Nazir xanım silahlı qarşıdurmanın qaçqınların vəziyyətini ağırlaşdıracağından ehtiyatlanır. “Əgər bizə verilən məlumatlar təsdiqini tapar və Türkiyə tərəfinə atəş açılarsa, Suriyanın bu təcavüzkar mövqeyi bütün dünyanı qarşısına almaqdan başqa bir işə yaramayacaq” deyən Klinton sərhəddəki qarşıdurmada Türkiyənin yanında olacağını və vətəndaşların təhlükəsizliyi təmin edildiyi halda Suriya qoşunları ilə hər cür mübarizəyə hazır olduqlarını da vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3952.html