Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda əmək miqrantları ilə bağlı beynəlxalq seminar keçiriləcək
24.06.11 20:24

İyunun 28-29-da Bakıda “Əmək Miqrantlarının Sosial Müdafiəsi və Qloballaşma” mövzusunda beynəlxalq texniki seminar keçiriləcək. “KƏLAMİNFO” Dövlət Sosial Müdafiə Fonduna istinadən bildirir ki, Fondun, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının (BPSFA) birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və s. ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxsləri iştirak edəcəklər. Bundan başqa, seminara Qeyri-Dövlət Pensiya Fondları Milli Assosiasiyası, Beynəlxalq Əmək Təşkilatı və bir sıra nüfuzlu qurumların nümayəndələri qatılacaqlar. İki gün davam edəcək beynəlxalq seminarda bütün dünyada sosial təminatın əhatə dairəsinin genişləndirilməsi və əmək miqrantlarının müdafiəsi sahəsində BSTA strategiyası təqdim olunacaq, əmək miqrantları üzrə dövlət siyasəti və strateji yanaşmalar, Avrasiyada miqrantların sosial müdafiəsi, əmək miqrantlarının qorunması üçün beynəlxalq modellər, Avropa Birliyi və son dəyişikliklər çərçivəsində əmək miqrantları və onların hüquqlarının qorunması ilə bağlı AB-nin siyasəti və başqa bu kimi mövzularda çıxışlar ediləcək, qaldırılan məsələlər ətrafında müzakirələr aparılacaq. Seminarda ötən 5 il ərzində Azərbaycanda əmək miqrantlarına münasibətdə hansı xüsusi tədbirlərin həyata keçirildiyi barədə də ətraflı məlumat veriləcək. Seminar çərçivəsində DSMF-nin binasında BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. Azərbaycanda belə bir mərkəzin yaradılması barədə razılıq BSTA-nın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin İsveçrə Konfederasiyasının Cenevrə şəhərində bu ilin mart ayında keçirilən iclasında əldə edilib.
URL / WWW
http://kelam.az/article/a-3950.html