Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » “Gənc alimlərin əsərləri” adlı üç dildə dərc olunan jurnalın təqdimatı keçirildi
07.12.09 22:45

Bu gün Azərbaycanın gənc elmi tədqiqatçıları üçün AR Milli Elmlər Akademiyasının nəzdində “Gənc alimlərin əsərləri” adlı üç dildə dərc olunan jurnalın təqdimatı keçirildi. KƏLAMİNFO xəbər verir ki, jurnal Gənclər və İdman Nazirliyi, AMEA Gənclərin İntellektul İnkişaf Mərkəzi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti tərəfindən təsis olunur. Jurnalın baş redaktoru AMEA-nın prezidenti Mahmud Kərimov, elmi məsləhətçiləri isə görkəmli alimlərdən Akif Hacıyev, Nadir Seyidov, Arif İsmayılzadə, Əhliman Əmiraslanov və Ağamusa Axundovdur. Azərbaycan, igilis və rus dillərində çap olunan jurnalda gənc alimlərin məqalə və tezisləri yer alacaq. Jurnal hər ayın əvvəli bir dəfə olmaqla çap olunur.
URL / WWW
http://kelam.az/article/a-395.html