Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » III ixtisas qrupunun abituriyentləri iyunun 27-dən imtahana buraxılış vərəqələrini çap edə biləcəklər
25.06.11 03:24

Təhsil Nazirliyi məzunların attestat qiymətlərini elan edib və orta məktəb məzunlarının builki bazası bu gün axşam TQDK-ya təqdim ediləcək. Beləliklə, III ixtisas qrupunun imtahanlarında iştirak edən abituriyentlər iyunun 27-dən imtahana buraxılış vərəqələrini çap edə biləcəklər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. “Attestat bazası bu gün təqdim edilsə, komissiya bu ilin məzunlarının attestat qiymətlərini abituriyentlərin elektron ərizələrinə daxil edə biləcək. Əvvəlki illərin məzunlarının ərizələrinə attestat qiymətləri daxil edildiyi üçün onların elektron ərizələri artıq təsdiqlənib” - deyə M.Abbaszadə söyləyib. TQDK sədrinin sözlərinə görə, bu il ali və orta ixtisas məktəblərinə sənəd verən 110000-dən çox abituriyentin 63150 nəfəri bu ilin məzunudur: “Builki məzunlardan 58720-si ərizəsində şagird kodunu göstərib. Amma 860 nəfər şagird kodunu səhv qeyd edib. Onlar buna görə sənəd qəbulu komissiyalarına müraciət etməlidirlər”. TQDK sədri, həmçinin vurğulayıb ki, Azərbaycanın bəzi ərazilərində - Naxçıvanda, Zaqatalanın bir neçə məktəbində buraxılış imtahanları keçirilmədiyindən həmin ərazilərin 4 430 məzunu bu il mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verməyib. Bu səbəbdən onların elektron ərizələrində şagird kodu göstərilməyib. 57 660 abituriyentin ərizəsi TQDK tərəfindən avtomatik təsdiqlənəcək.
URL / WWW
http://kelam.az/article/a-3949.html