Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Həkimlərin və müəllimlərin əmək haqları iki dəfəyədək qaldırılacaq
24.06.11 20:24

Azərbaycanda həkimlərin və müəllimlərin dövlət qulluğu ilə bağlı statusu müəyyən edildikdən sonra onların əmək haqları iki dəfəyədək qaldırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. O qeyd edib ki, Azərbaycan prezidentinin tapşırığına əsasən, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi istiqamətində hökumət artıq müvafiq sənədlər üzərində işləyir və bu qaydalar avqustun sonuna hazır olacaq. “Həkim və müəllimlərin statusu təxminən vergi və hüquq-mühafizə orqanlarında çalışanların statusuna bərabər olacaq” - deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, sonra həkimlərin işəgötürmə prosesində də dəyişikliklər olacaq.
URL / WWW
http://kelam.az/article/a-3946.html